UNEC Qiyabi və əlavə təhsil mərkəzi
UNEC Qiyabi və əlavə təhsil mərkəzi UNEC-in təhsilin bakalavriat səviyyəsində qiyabi təhsil forması və əlavə təhsilin istiqamətləri üzrə tədris prosesini həyata keçirən, həmçinin UNEC üzrə Yay semestrini təşkil edən struktur bölmədir. Mərkəz UNEC-in Elmi Şurasının 21 yanvar 2021-ci il tarixli iclasının qərarı əsasında UNEC-in Distant, qiyabi və əlavə təhsil mərkəzinin bazasında yenidən təşkil edilmiş və əsasnaməsi UNEC-in Elmi Şurasının 07 aprel 2021-ci il tarixli iclasının qərarı ilə təsdiq edilmişdir. Mərkəzin tərkibində Qiyabi təhsil şöbəsi və Əlavə təhsil şöbəsi fəaliyyət göstərir.
Qiyabi təhsil şöbəsi:
UNEC Qiyabi və əlavə təhsil mərkəzinin Qiyabi təhsil şöbəsi UNEC-də ali təhsilin bakalavriat səviyyəsində qiyabi təhsilalma forması üzrə təhsil proqramlarının və tədris planlarının tələblərinə uyğun olaraq tədris prosesini təşkil edən struktur bölməsidir.Qiyabi təhsil şöbəsinə hazırda 12 ixtisas üzrə tələbə qəbulu həyata keçirilir.
Əlavə təhsil şöbəsi:
UNEC Qiyabi və əlavə təhsil şöbəsi UNEC-də əlavə təhsilin istiqamətləri üzrə təhsil prosesini tədris planlarınln tələblərinə uyğun olaraq təşkil edir, təhsilalanların təhsil proqramlarında nəzərdə tutulmuş zəruri bilik,bacarıq və vərdişlərə malik ola bilmələri üçün müvafiq şəraiti, həmçinin UNEC-də Yay semestrinin təşkili və keçirilməsini təmin edir.