UNEC Qiyabi və əlavə təhsil mərkəzi üzrə THİK
UNEC Qiyabi və əlavə təhsil mərkəzi üzrə Tələbə Həmkarlar Komitəsinin sədri Şəfiqə Qurbanova Rüfət qızı 2003-cü ildə Bakı şəhərində anadan olmuşdur. 2021-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinə (UNEC) daxil olmuşdur. Hal hazırda həmin universitetin Qiyabi və Əlavə Təhsil Mərkəzi (QƏTM) “Maliyyə” ixtisasının 2-ci kursunda təhsil alır. Təhsilin I ilindən universitetin nəznində bir çox təşkilatlarda fəal iştirak edir.Tələbə Həmkarlar İttifaqı Komitəsində,Tələbə Elmi Cəmiyyətinə və bunlarla yanaşı universitetdə Yaradıcılıq Mərkəzinə üzvüdür. 2022-ci ildən Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) Qiyabi və Əlavə Təhsil Mərkəzinin sədri vəzifəsində çalışır.
UNEC Qiyabi və əlavə təhsil mərkəzi üzrə TEC
UNEC Qiyabi və əlavə təhsil mərkəzi üzrə Tələbə Elmi Cəmiyyətinin sədri Allahverdiyeva Nərmin Alik qızı 2002-ci İldə Gəncə şəhərində anadan olmuşdur.2020-ci ildə Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) qəbul olmuşdur. UNEC Qiyabi və əlavə təhsil mərkəzinin (QƏTM) “Qida mühəndisliyi” ixtisasının III kurs tələbəsidir. 2022-ci ildə keçirilən Tələbə Elmi Cəmiyyəti Fakultə Sədrləri seçkisində QƏTM üzrə TEC-in sədri olaraq seçilmiş və hal hazırdada fəaliyyətini davam edirir.