Azərbaycan Dövlət İqtisad Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədr müavini, UNEC Qiyabi Əlavə Təhsil Mərkəzinin IV kurs tələbəsi, “Biz Bir Ailəyik” əlilliyi olan şəxslərə dəstək İB sədri Günay Ağazadə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət dəstəyi agentliyinin elan etdiyi “2023 Kiçin Grand Müsabiqəsi”-nin qalibi oldu.
Layihənin adı: “Əlilliyi olan şəxslərin mədəni istirahətinin təşkili və istedadlarının üzə çıxarılmasına dəstək”
*
UNEC-in tələbəsi Nigar İmaməliyeva qrant müsabiqəsinin qalibi olub.
Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun Gənc Alim və Tədqiqatçıların 6-cı qrant müsabiqəsinə təqdim olunan 32 layihə arasından UNEC-in Qiyabi və Əlavə Təhsil Mərkəzinin “Dövlət və bələdiyyə idarəetməsi” ixtisasının 2-ci kurs tələbəsi Nigar İmaməliyevanın təqdim etdiyi “Qarabağın mədəni-tarixi abidələrinin bərpası planları” adlı layihəsi qalib elan olub. Layihə işğal dönəmində Qarabağda dağıdılmış və ya tamamən məhv edilmiş mədəni-tarixi abidələrimizin bərpasına həsr olunub.
Tələbəmizi təbrik edirik, ona yeni-yeni uğurlar arzulayırıq!