Qiyabi və əlavə təhsil mərkəzi

ƏMƏKDAŞLAR

Distant, qiyabi və əlavə təhsil mərkəzinin direktoru:
b/m. Tanrıverdiyev Səbuhi Miləddin oğlu

Əlaqə telefonu:
+(994) 12 564-38-92
e-mail:
[email protected]

Direktor müavini:
i.e.n., dos. Vəliyev Həbib
Məmməd oğlu

Əlaqə telefonu:
+(994) 12 564-38-92

Qiyabi təhsil şöbəsinin müdiri:
Köçərli Yalçın Ənvər oğlu

Əlavə təhsil şöbəsinin müdiri:
i.e.n., dos. Qəribli Emin Adil oğlu

Maliyyə və mühasibat fakültəsi

UNEC-in Qiyabi və əlavə təhsil mərkəzində Ulu öndər Heydər Əliyevə həsr olunmuş tədbir keçirilib

UNEC-in Qiyabi və əlavə təhsil mərkəzində “Heydər Əliyev ili” çərçivəsində Dahi liderin həyat və fəaliyyətinə həsr olunmuş tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan mərkəzin direktoru Səbuhi Tanrıverdiyev Dahi Liderin istər sovet ittifaqı dövründə, istərsə də müstəqillik dövründə hakimiyyətdə olduğu illərdə daima Azərbaycanın inkişafı naminə çalışdığını, 1993-cü ildə hakimiyyətə gəlişinin ilk günlərindən Azərbaycanın düşdüyü bataqlıqdan çıxarmağın yollarını çox yaxşı bildiyini, atdığı ardıcıl addımlar və həyata keçirdiyi islahatlarla ölkəni dərin böhrandan çıxardığını, ömrünü Azərbaycan xalqının rifahı və yüksəlişinə həsr etdiyini bildirib.

Sonra Millət vəkili, “Təbii ehtiyatlar, energetika və ekologiya” komitəsinin rəhbəri Sadiq Qurbanov çıxış edərək, 90-cı illərdə ölkədə yaranmış dərin sosial-iqtisadi və ictimai-siyasi böhranın yaranma səbəbləri və Ümummilli liderin hakimiyyətə qayıdışından sonra böhrandan ölkənin çıxarılması naminə atdığı addımlardan, “azərbaycançılıq” ideologiyasının möhkəmlənməsi və bu ideologiyanın dövlət siyasəti səviyyəsinə yüksəldilməsi ilə bağlı gördüyü işlərdən söhbət açıb, dahi liderin rəhbərlik etdiyi dövrlə bağlı onun uzaqgörənliyi, iradəsi, və xalqın parlaq gələcəyi naminə  yorulmaz fəaliyyəti haqqında maraqlı faktları paylaşıb.

Millət vəkili Arzu Nağıyev çıxışında milli təhlükəsizlik orqanlarında çalışdığı illərdə Ümummilli liderlə bağlı olan xatirələrini tədbir iştirakçıları ilə paylaşaraq, onun Azərbaycan qarşısındakı əvəzsiz tarixi xidmətlərinin ən qabarıq təzahürü isə dayanıqlı milli dövlətçiliyin qurulması və möhkəmləndirməsi olduğunu bildirib.

Tədbir tələbələrin ifasında bədii hissə ilə davam edib.

Главный корпус

101000, г. Москва, ул. Мясницкая, д. 20

Справочная:
+ 7 495 771-32-32

Карта зданий

Приемная комиссия

+ 7 495 771-32-42
[email protected]

Пресс-служба ВШЭ

+7 495 628-55-98
+7 495 621-78-73
[email protected]

Условия использования материалов

 

Səhv tapdız?